"Maykl" 33 nəfərin həyatına son qoyub

18 Oktyabr 2018 09:00 (UTC+04:00)

ABŞ-da "Maykl" qasırğasının qurbanlarının sayı 33 nəfərə çatıb. SİA bu barədə xarici mətbuata istinadən verir.

Bundan əvvəl qurbanların sayının 29 nəfər olduğu deyilirdi.

Məlumata görə, qasırğadan daha çox Florida ştatı zərər çkib. Belə ki, burada həlak olanların sayı 23, Virginiyada 6, Şimali Koralina və Corciyada 3 nəfərdir. 15 min evin ziyan gördüyü və 4.2 min evin isə tamamilə dağıldığı deyilir.

Analitiklərin hesablamalarında görə, qasırğa ümumilkdə ölkəyə 30 milyard dollar iqtisadi ziyan vurub.