"Liverpul"un futbolçusu əməliyyat olunub

18 Oktyabr 2018 06:02 (UTC+04:00)

"Liverpul"un futbolçusu Sadi Mane əlindən əməliyyat olunub. İngilis klubunun rəsmi saytında yer alan xəbərə görə, əməliyyat müvəffəqiyyətlə başa çatıb. Seneqallı hücumçunun bərpa müddəti barədə məlumat verilməyib. Qeyd edək ki, S.Mane Seneqal millisinin düşərgəsində əlindən zədələnmişdi.