ABŞ Ümumdünya Poçt İttifaqından çıxır?

18 Oktyabr 2018 00:35 (UTC+04:00)

ABŞ Ümumdünya Poçt İttifaqından çıxmaq niyyətindədir. “İzvestiya” nəşrinin yazdığına görə, buna səbəb bəzi ölkələrdən gələn poçt bağlamalarına tətbiq olunan rüsumların az olmasıdır.

“The Hill” nəşrinə görə, Prezident Donald Tramp bu cür siyasətin ABŞ poçt sisteminə ziyan vurduğunu düşünür. Məsələn, Pekindən Nyu-Yorka poçt bağlaması göndərmək ABŞ daxilindəkindən xeyli ucuz başa gəlir. Digər tərəfdən, ABŞ hökumətinin başlıca məqsədi təşkilatı tərk etməkdən daha çox “ədalətli tariflər”in tətbiqidir.