Partlayışın təşkilatçısı intihar edib

17 Oktyabr 2018 18:37 (UTC+04:00)

Kerçdə, politexnik kollecində törədilmiş partlayışın təşkilatçısı, dördüncü kurs tələbəsi, 18 yaşlı Vladislav Roslyakov intihar edib. SİA xəbər verir ki, bu barədə məlumatı “Rossiya 24” telekanalının efirində Krımın başçısı Sergey Aksyonov verib. Şübhəli bilinən tələbənin meyiti kollecin kitabxanasında aşkar edilib.

Politexnik kollecində partlayış nəticəsində 18 nəfər həlak olub, təqribən 50 adam zərər çəkib. İçi metal əşyalarla doldurulmuş qurğu yeməkxanada işə salınıb.