Neymar "Barselona"ya qayıda bilər

17 Oktyabr 2018 17:22 (UTC+04:00)

PSJ-nin hücumçusu Neymar yenidən "Barselona"ya qayıda bilər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, futbolçu Fransa klubuna keçdiyi üçün peşman olub. İddia olunur ki, 26 yaşlı “sambaçı” əvvəllər dəfələrlə "Barselona" rəhbərliyinə müraciət edərək qayıtmaq istədiyini bildirib. Lakin Kataloniya klubu qəti şəkildə etiraz edib. Rəhbərlik Neymarın 2017-ci ildəki transferinin komandada xoş qarşılanmadığını bəhanə gətirib. Lakin indi vəziyyət tam dəyişib. "Barselona" braziliyalının qaytarılmasının detalları üzərində işləyir. PSJ rəhbərliyi də etiraf edib ki, Paris klubu Neymarın geri qayıdacağı barədə yayılan xəbərdən narahatdır.

Qeyd edək ki, ötən yay transferi dövründə braziliyalının "Real"la danışıqlar apardığı deyilirdi. Madridlilər rəsmi bəyanatla bu xəbəri təkzib etmişdi.