Putin Trampla Parisdə görüşəcəkmi?

17 Oktyabr 2018 16:32 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Trampın Parisdə görüşünün keçirilməsi ilə bağlı hazırlıq görülmür. SİA-nın xəbərinə görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov jurnalistlərə açıqlamasında deyib.

"Hələlik tərəflər görüşlə bağlı heç bir təklif irəli sürməyib və bu istiqamətdə hər hansı hazırlıq işləri aparılmır",- deyə ",- deyə Peskov qeyd edib.

O bildirib ki, hər hansı görüşün baş tutması faydalı ola bilər.