Azərbaycan “OSA” raket atdı - VİDEO

17 Oktyabr 2018 14:24 (UTC+04:00)

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, müxtəlif təlim mərkəzlərində Hava Hücumundan Müdafiə (HHM) bölmələrinin taktiki təlimləri keçirilib. Bu barədə SİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimlərdə HHM bölmələri "OSA” zenit-raket komplekslərindən döyüş atışları icra ediblər.