ATMU-da “Beynəlxalq italyan dili” həftəsi -DƏYİRMİ MASA

17 Oktyabr 2018 12:32 (UTC+04:00)

“Beynəlxalq Birləşmiş Mədəniyyətlər” təşkilatının dəstəyi ilə Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) “Beynəlxalq italyan dili” həftəsi çərçivəsində dəyirmi masa keçirilib. SİA ATMU-dən verilən xəbərə görə, ATMU-nun rektoru İlham Mədətov tədbirin təşkilatçılarını ali təhsil müəssisəsində salamlamaqdan məmnun olduğunu deyib. Azərbaycan – İtaliya arasında ikitərəfli münasibətlərin, o cümlədən mədəniyyət və turizm sahəsində əlaqələrin dinamik inkişaf etdiyinİ qonaqların diqqətinə çatdırıb. Dəyirmi masada İtaliyada turizm, İtaliya azərbaycanlı tursitlərin gözü ilə, İtaliyanın məşhur turizm obyektləri haqqında məlumat verilib. Qonaqlar isə ölkəmizin turizm potensialı ilə tanış olublar.

”Beynəlxalq italyan dili” həftəsinə həsr olunan tədbirdə Azərbaycanlı turist bloggerlər, İtaliya Respublikasının ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusunun əməkdaşları, ingilis dilində turizm təhsili alan universitet tələbələri iştirak ediblər.