Əməkdar artist: "Nəhayət arzuma çatdım" AÇIQLAMA

17 Oktyabr 2018 12:11 (UTC+04:00)

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə Sumqayıt Dövlət Dram Teatrının aktyoru Mövsüm Hüseynov “Əməkdar artist” fəxri adı verilib. SİA açıqlama verən M.Hüseynov hisslərini belə dilə gətirib: ""Əməkdar artist" fəxri adının mənə verilməsini çoxdan gözləyirdim. Nəhayət arzuma çatdım. Yeni aldığım fəxri ad əziyyətimin bəhrəsi idi. Mənimlə yanaşı "Əməkdar artist" fəxri adına layiq görülən bütün həmkarlarımı da təbrik edirəm. Məni bu fəxri ada layiq gördüyü üçün Ölkə Başçısı İlham Əliyevə təşəkkür edirəm".