Akif Mirzəyev: "Azərbaycan mədəniyyəti inkişaf edir" AÇIQLAMA

17 Oktyabr 2018 12:05 (UTC+04:00)

Prezident İlham Əliyev Sumqayıt Dövlət Dram Teatrı əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Akif Mirzəyev “Tərəqqi” medalı ilə təltif edilib.

SİA danışan A.Mirzəyev təssüratlarını dilə gətirib: " Ölkə Başçısı İlham Əliyev tərəfindən “Tərəqqi” medalına layiq görülməyim mənim üçün böyük fəxirdir. Buna görə Cənab Prezidentə minnətdaram. Xüsusi olaraq, qeyd edim ki, Ölkə Başçısının sayəsində Azərbaycan mədəniyyəti inkişaf edir. Teatrlarımız uğurlu tamaşalara imza atır".