"Tərəqqi" medalına layiq görülən Arif Müzəffər: "Çox sevincliyəm" AÇIQLAMA

17 Oktyabr 2018 11:49 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Sumqayıt Dövlət Dram Teatrı əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilənlər arasında Arif Müzəffərin də adı var.

SİA açıqlama verən A.Müzəffər bu medala layiq görüldüyü üçün Prezident İlham Əliyevə təşəkkürlərini bildirib: " “Tərəqqi” medalına layiq görüldüyüm üçün çox sevincliyəm. Bu xəbəri gözləmirdim. Gecə saatlarından telefonlarım susmur. Hər kəs məni təbrik edir. Xüsusui ilə qeyd edim ki, xidmətlərimə görə bu medalı mənə təltif edən Ölkə Başçısı İlham Əliyevə təşəkkür edirəm. Cənab Prezident hər zaman Azərbaycan mədəniyyətinə çox böyük önəm verib".