"Ölkə Başçısı hər zaman teatrlara diqqət və qayğı göstərib" AÇIQLAMA

17 Oktyabr 2018 11:44 (UTC+04:00)

Prezident İlham Əliyev Sumqayıt Dövlət Dram Teatrı əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə Mayə Məmmədova “Tərəqqi” medalı ilə təltif edilib.

SİA-ya açıqlama verən Mayə xanım hisslərini bölüşüb: "Cənab Prezident İlham Əliyev hər zaman mədəniyyət işçilərinə diqqət göstərib. Ölkə Başçısı mənimlə yanaşı bir neçə həmkarlarımı "Tərəqqi" medalına layiq görərək, bir daha sübut etdi ki, teatrlara həmişə qayğı ilə yanaşır. Onu da vurğulayım ki, Prezident İlham Əliyevin sayəsində Azərbaycan mədəniyyəti günü-gündən inkişaf edir. Mədəniyyət işçiləri olaraq, bizi bu medala layiq gördüyü üçün Ölkə Başçısına təşəkkür edirik".