Klaudio Ranyeri Meksika millisinə rəhbərlik edə bilər

17 Oktyabr 2018 11:18 (UTC+04:00)

Məşhur italiyalı məşqçi Klaudio Ranyeri futbol üzrə Meksika millisinə rəhbərlik etməklə bağlı təklif alıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Meksika Futbol Federasiyası Ranyeriyə 2022-ci ilə qədər müqavilə təklif edir. Belə olan halda, məşqçi komanda ilə 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsində işləmək imkanı qazana bilər.

Qeyd edək ki, bundan əvvəl Klaudio Ranyeri İngiltərənin "Lester" klubunun baş məşqçisi postuna dönməkdən imtina etmişdi.