Metrodan istifadə edənlərin sayı artıb

17 Oktyabr 2018 09:18 (UTC+04:00)

2018-ci ilin yanvar-sentyabr aylarında metro nəqliyyatından istifadə edən sərnişinlərin sayında artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, metro nəqliyyatının xidmətindən istifadə edən sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 1,2 faiz artaraq 168,7 milyon nəfərə çatıb.