MDB PA-nın komitə iclası keçiriləcək

17 Oktyabr 2018 09:10 (UTC+04:00)

Oktyabrın 18-19-da Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının Nəzarət-Büdcə komissiyasının iclası keçiriləcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, tədbirdə Milli Məclisin deputatı İqbal Məmmədov iştirak edəcək.

İclasda MDB Parlamentlərarası Assambleyasının fəaliyyətinin maliyyələşdirilməsi, Təşkilata üzvlük haqlarının formalaşdırılması və istifadəsi mexanizminin təkmilləşdirilməsi və digər məsələlər müzakirə olunacaq.

Səfər oktyabrın 20-də başa çatacaq.