Damdan tullanan 39 yaşlı kişi ayaqlarını sındırıb

17 Oktyabr 2018 02:06 (UTC+04:00)

Tovuz sakini evin damından yıxılaraq ayaqlarını sındırıb. Trend-in məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində baş verib. Kənd sakini, 1979-cu il təvəllüdlü Hüseynov Qorxmaz Abbas oğlu özünə məxsus evin damından yerə tullanarkən yıxılıb.

Hadisə nəticəsində Q.Hüseynovun hər iki ayağı daban hissəsindən sınıb. Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.