Madaqaskar millisi ilk dəfə Afrika Millətlər Kubokunda iştirak edəcək

17 Oktyabr 2018 07:03 (UTC+04:00)

Futbol üzrə Madaqaskar milli komandası tarixində ilk dəfə Afrika Millətlər Kubokunda iştirak edəcək. "Report" xəbər verir ki, yığma Afrika Millətlər Kubokunun seçmə mərhələsinin A qrupunun IV turunda evdə Ekvatorial Qvineyanı 1:0 hesabı ilə məğlub etdikdən sonra buna nail olub. Madaqaskarın yeganə qoluna 42-ci dəqiqədə Nciva Rakotoharimalala imza atıb.

Komanda xallarının sayını 10-a çatdırmaqla ən azı 2-ci yeri təmin edib. Qeyd edək ki, Madaqaskar FIFA reytinqində 106-cı pillədədir. Ölkə futbol federasiyası 1964-cü ildən FIFA-nın üzvüdür.