Nikol Paşinyan istefa verdi! (TƏCİLİ)

16 Oktyabr 2018 21:17 (UTC+04:00)

Ermənistanın baş naziri Nikol Paşinyan istefa verdiyini bəyan edib. O, bu yolla parlamenti buraxmaq üçün formal səbəb yaradacağına ümid bəsləyir. RİA Novosti xəbər verir ki, istefaya getdiyini Ermənistanın ictimai televiziyasında bəyan edən Paşinyan deyib ki, bu addımı parlament seçkiləri keçirmək məqsədilə atıb. Həmçinin bildirib ki, seçkilərədək baş nazirin səlahiyyətlərini icra edəcək.