"Messi tarixin ən yaxşı futbolçularından biridir"

16 Oktyabr 2018 23:15 (UTC+04:00)

"Real"ın futbolçusu Luka Modriç "Barselona"nın hücumçusu Lionel Messi haqda açıqlama verib. "France Football" nəşrinin yaydığı xəbərə görə, "Qızıl top"a namizəd olan xorvatiyalı yarımmüdafiəçi heç vaxt Messi ilə birlikdə oynamayacağını deyib: "Messi ilə rəqibik. Ona qarşı çox oynamışam, amma onunla birlikdə oynamamışam. Təbii ki o, tarixin ən yaxşı futbolçularından biridir. Amma heç vaxt Messi ilə birlikdə oynamaram".

Qeyd edək ki, L.Messi də "Qızıl top"a namizəd futbolçular sırasındadır.