"Visente Kalderon" stadionu dekabra qədər söküləcək

16 Oktyabr 2018 19:08 (UTC+04:00)

"Atletiko"nun ötən ilin ortalarına qədər ev oyunlarını keçirdiyi "Visente Kalderon" stadionu bu ilin sonuna kimi söküləcək. İspaniya mətbuatı yazır ki, 55 min tamaşaçı tutumuna malik arenada söküntü işləri artıq start götürüb. Stadionun sökülməsi 42,2 milyon avroya başa gələcək. Onun yerində yaşayış binaları tikiləcək və park salınacaq.
Qeyd edək ki, "Atletiko" 51 il (1966-2017) ev oyunlarını "Visente Kalderon"da oynayıb. Madrid klubu 2017-2018 mövsümündən etibarən rəqiblərini "Vanda Metropolitano" stadionunda qəbul edir.