Prezident Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsini dəyişdi

16 Oktyabr 2018 18:07 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Fəxrəddin Nəcəf oğlu İsmayılov Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi təyin edilib.

Prezidentin digər sərəncamı ilə Emin Yaqub oğlu Eyyubov Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.