Bu günədək 126 min tondan çox pambıq yığılıb

16 Oktyabr 2018 17:34 (UTC+04:00)

Oktyabrın 16-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 126 min 34 ton məhsul təhvil verilib. Dövlət Statistika Komitəsindən SİA-ya bildiriblər ki, ötən ilin eyni dövrü ilə müqayisədə 31 min 953 ton çox pambıq tədarük olunub.

Ən çox pambıq yığan üç rayon bunlardır: Saatlı - 17 min 221 ton, Ağcabədi - 13 min 493 ton, Bərdə - 13 min 112 ton.

Bu il 132 min 512 hektar pambıq əkilib və 260 min ton məhsul götürülməsi proqnozlaşdırılır.