“Gülhüseyn Hüseynoğlu-95” adlı sərgi açılıb

16 Oktyabr 2018 15:51 (UTC+04:00)

Azərbaycan Milli Kitabxanasında Müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, nasir, ədəbiyyatşünas, tədqiqatçı-alim, mənsur şeirlər ustası, Xalq yazıçısı Abdullayev Gülhüseyn Hüseyn oğlunun (Gülhüseyn Hüseynoğlu) anadan olmasının 95 illiyi münasibətilə “Gülhüseyn Hüseynoğlu-95” adlı sərgi açılıb. SİA-nın məlumatına görə, sərgidə yazıçının Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, redaktoru olduğu, tərtib və tərcümə etdiyi, haqqında yazılan kitablar və dövri mətbuat materialları nümayiş etdirilib.