Şamaxıda zəlzələ olub

16 Oktyabr 2018 09:48 (UTC+04:00)

Şamaxıda 3,4 bal gücündə zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzindən SİA-ya verilən məlumata görə, yerli vaxtla saat 08:27:58-də Qobustan stansiyasından 28 km cənub-qərbdə Şamaxı ərazisində zəlzələ qeydə alınıb. Yeraltı təkanlar hiss olunmayıb.

Zəlzələ yerin 10 km dərinliyində baş verib.