Gəncədə iki avtomobil toqquşub

16 Oktyabr 2018 02:05 (UTC+04:00)

Gəncə şəhərində yol qəzası baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, hadisə dünən axşam saatlarında Gəncə-Samux avtomobil yolunda qeydə alınıb.

Belə ki, VAZ və "Mercedes" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan birinci avtomobildə olan 4 nəfər Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Bunlar Samux rayon sakinləri - Əliyev Rafayel Sultanbəy oğlu (1993), Əliyev Hakim Qələndər oğlu (1963), Yəhyayev Elimdar Xətai oğlu (1993) və Əliyev Əsgər Babay oğludur (1963). Yaralıların bəzilərinin vəziyyətlərinin orta-ağır, bəzilərinkinin isə qənaətbəxş olduğu bildirilir. "Mercedes"in sürücüsünə isə ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.