Arda Turan üçün həbs təhlükəsi!

16 Oktyabr 2018 00:15 (UTC+04:00)

"Başakşəhər" futbol klubunun yarımmüdafiəçisi Arda Turan həbs oluna bilər. Türkiyə mətbuatı yazır ki, Ardanın əvvəlcə gecə klubunda vurduğu, ardınca isə xəstəxanaya gedərək, silahla təhdid etdiyi müğənni Berkay Şahinin vəkili məhkəməyə ünvanladığı şikayətdə futbolçunun həbs olunmasını istəyib. Müğənni özü də mətbuata son açıqlamasında Ardaya lazımi cəzanın veriləcəyini inandığını bildirib.