Avropa Şurası Konvensiyası ilə bağlı tədbir keçirilib

15 Oktyabr 2018 18:01 (UTC+04:00)

Bu gün Bakıda “Futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma haqqında Avropa Şurası Konvensiyası” ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Avro-2020-nin Bakıda keçiriləcək oyunlarına təhlükəsizlik əməliyatları hazırlığı ilə əlaqədar Avropa Komissiyasının “Tamaşaçı zorakılığı” üzrə Avropa Konvensiyasının daimi komitəsinin ölkəmizdə məsləhət səfərində olan nümayəndə heyəti, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Gənclər və İdman Nazirliyinin və AFFA-nın əməkdaşları iştirak ediblər.

Avropa Şurası Konvensiyası ilə bağlı tədbir keçirilib (fotolar)