“Azərbaycanda soz, ifadə azadlığı, vicdan azadlığı təmin edilib" ÖZƏL-ŞƏRH

15 Oktyabr 2018 14:26 (UTC+04:00)

“Azərbaycan yerləşdiyi regionda-Cənubi Qafqazda lider dövlətdir: ərazisi, əhalisinin sayı, iqtisadi, sosial inkişafı ilə bu liderliyi əldə edib. Amma son illər Azərbaycanın qlobal səviyyədə oynadığı rol, onu müqayisə olunmaq üçün regional müstəvidən çıxrıb, qlobal müstəviyə keçirib”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, indi Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən əsas faktorlardan biridir: “Paralel olaraq, Azərbacan qlobal nəqliyyat dəhlizlərinin kəsişdiyi məkandır: Cənub-Şimal, Şərq-qərb nəqliyyat dəhlizləri Azərbaycanda kəsişir. Ölkəmiz bu statusu təkcə yerləşdiyi coğrafi məkanla əldə etməyib, bu status iqtisadi inkişaf, siyasi sabitlik, dünyanın aparıcı dövlətlərinin maraqlarını birləşdirməklə əldə edilib ki, bütün bunlar məhz Prezident İlham Əliyevin yürütdüyü daxili-xarici siyasətin nəticəsində baş verib. Azərbaycan öz imkanlarına adekvat olan ölkələr sırasında yeganədir ki, BMT Təhlükəsizlik Şurasına sədrlik statusu qazanıb və onu icra edib. Avropa Şurası nazirlər Komitəsinə sədrlik edib. Bu statusları qazanmaq asan olmayıb və asan deyil. Bakı, indi qlobal humanitar və siyasi proseslər sahəsində müzakirələr aparılan, qərarlar verilən mərkəzlərdən birinə çevrilir. Azərbaycanın bu cür qlobal müstəviyə çıxarılması və hesablaşılan bir dövlətə çevrilməsi, Prezident İlham Əliyevin səylərinin nəticəsidir.

Prezidentin uğurlu xarici siyasəti, onun daxili siyasəti ilə uzlaşır. Azərbacanın dayanıqlı iqtisadi inişafı, əhalinin sosial rifah halının yüksəlməsi, demoratik quruluşun möhkəmləndirilməsi, soz, ifadə azadlığı, vicdan azadlığı təmin edilib. Bütün bunlar imkan verir ki, ötən 15 ili xatırlayarkən, yalnız uğuru göstəricilər göz önünə gəlsin”.