Ruhani: "ABŞ İrana qarşı psixoloji və iqtisadi müharibə aparır"

15 Oktyabr 2018 12:46 (UTC+04:00)

"ABŞ öz hədəfinə çatmaq üçün İrana qarşı bir psixoloji və iqtisadi müharibə aparır". SİA-nın xəbərinə görə, bunu İran prezidenti Həsən Ruhani Tehran Universitetində çıxış edərkən deyib.

O bildirib ki, cari ilin mayın 8-də ABŞ prezidenti Donald Tramp ölkəsinin nüvə proqramı ilə bağlı birgə tədbirlər planından çəkildiyini, İrana qarşı birtərəfli tam sanksiyaların bərpasını açıqlayıb: "İrana qarşı tətbiq olunan məhdudlaşdırıcı tədbirlərin ilk bloku, İran avtomobil, qızıl və digər metallarda ticarətlə bağlı idi ki, bu tədbirlər avqustun əvvəlində bərpa edildi. Anti-İran blokunun ikinci mərhələsi, snksiyalar noyabrın 4-də qüvvəyə minəcək. Bu məhdudlaşdırıcı tədbirlər İranın enerji sektoruna, karbohidrogenlərlə bağlı əməliyyatlara və İranın mərkəzi bankı ilə bağlı əməliyyatlara aiddir"