Sevda Faiqi Zamiqə dəyişdi FOTO

15 Oktyabr 2018 17:28 (UTC+04:00)

Müğənni Sevda Yahyayeva verilişlərin birində "Səhnəmizin meqastarı kimdir" sualına "Zamiq Hüseynov" cavabını verməsi başına bəla olub. SİA-nın məlumatına görə, ifaçının bu cavabı xalq artisti Faiq Ağayevə xoş gəlməyib.

Ağayev proqramda Sevdanın dediklərinə əsəbiləşib və sərt reaksiya verib: "Sevdanın müəllimi və münsifi olmuşam. Sevdaya görə “Yeni ulduz” zamanı Aygün Kazımovayla münasibətimin kəskin bir vaxtlarında qırğın etmişdim. Görünür Sevda ona verilən sualın məğzini anlamayıb. Zamiq keyfiyyətli ifaçıdır, bilirəm ki, Sevdanın dostudur. Ancaq gəlin dostluğu sənətə qatmayaq”.

Söz-söhbətin böyüdüyünü görən Sevda F.Ağayevə barışıq əli uzadıb. Yahyayeva xalq artistinin fotosunu sosial şəbəkədə paylaşaraq bu sözləri yazıb: “Hər dövrün “Meqa star”ı. Sizi çox sevirəm. Bunu hər yerdə özəlliklə vurğulayıram”.