Turan Bayramov: "Sevincimin həddi-hüdudu yoxdur" - VİDEO

15 Oktyabr 2018 12:25 (UTC+04:00)

Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında qızıl medal qazanan güləşçimiz Turan Bayramov (65 kq) qələbəsini şərh edib. SİA-nın məlumatına görə, sərbəst güləşçimiz rahat çempion olduğunu bildirib: "İnanırdım ki, finala vəsiqə qazanacağam. Qrupdakı görüşlərim çox da çətin keçmədi. Finaldakı rəqib güclü olsa da, ona da çox rahat qalib gəldim. Sevincimin həddi-hüdudu yoxdur. Hisslərimi anlaya bilmirəm. Üzərimdə əziyyəti olan şəxslərə minnətdarlığımı bildirirəm. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasına təşəkkür edirəm”.