İradə İbrahimovanı bir də belə görün FOTO

15 Oktyabr 2018 14:22 (UTC+04:00)

Müğənni İradə İbrahimova makiyajsız fotosunu üzə çıxarıb. SİA-nın məlumatına görə, şəkildə sənətçinin qızı İpək də yer alıb. İfaçı fotonu "İnstagram" səhifəsində paylaşaraq, bu sözləri yazıb: "Hər gözlərimi açdığımda şükür edirəm, sırf hər şey yerindədir deyə. Günəş, ağaclar, quşlar, yer, göy, dəniz, hava, su, torpaq və bütün tanışlarım, sevdiklərim, sevmədiklərim, hər kəs yerindədir deyə. Ağlım bir də, əllərim, ayaqlarım, gözlərim, hislərim, xatirələrim, xəyallarım, hamısı yerli yerində... Nəfəs alan hər şeyin əsil həyata qayıtmağına hələ vaxt var ikən, qanadlanıb uçmağınıza mane olan bütün ağırlıqlardan qurtulun. Qiymətini hər zaman bilmək istədim, amma bəzən yenə də edə bilmədim. Siz qiymətini bilin, əksiksiz yaşayın".

Həmin fotonu təqdim edirik: