QTA-nın icrası məcburi olan qərarlarının forması təsdiq edilib

15 Oktyabr 2018 09:48 (UTC+04:00)

Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq nəzarəti sahəsində icrası məcburi olan qərarlarının formasının, onların tərtib edilməsi və verilməsi qaydası təsdiq edilib. SİA-nın məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.“Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” dəyişikliklərə əsasən, Qida Təhlükəsizliyi Agentliyinin baytarlıq nəzarəti sahəsində icrası məcburi olan qərarlarının formasının, onların tərtib edilməsi və verilməsi qaydası təsdiq edilib.