Bu agentlik ETSN-nin tabeliyinə verilib

15 Oktyabr 2018 09:29 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına dəyişiklik edilib. SİA-nın məlumatına görə, bu barədə qərarı Novruz Məmmədov imzalayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına publik hüquqi şəxs Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi əlavə edilib.