Malta millisi ilə bacarmadıq...

14 Oktyabr 2018 22:07 (UTC+04:00)

Futbol üzrə Azərbaycan millisi oktyabrın 14-də futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirib. D liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi doğma meydanda Malta yığmasını qəbul edib.

Görüşün 37-ci dəqiqəsində maltalı futbolçular hesabı açıblar. Belə ki, Rouen Muskat komandasını hesabda önə çıxarıb. Birinci hissəsinin sonunadək hesab dəyişməyib.

Qarşılaşmanın 53-cü dəqiqəsində Azərbaycan millisi hesabı bərabərləşdirib. Mahir Mədətovun ötürməsini Araz Abdullayev baxımlı qolla tamamlayıb və bu, oyunda vurulan sonuncu qol olub. Beləliklə, Azərbaycan-Malta oyununda qalib müəyyənləşməyib – 1:1.

Qrupun digər oyununda isə Farer Adaları yığması Kosovo millisini qəbul edib və görüş 1:1 hesabı ilə başa çatıb.

Dörd turdan sonra Qurban Qurbanovun yetirmələri 6 xalla qrupda ikinci pillədə qərarlaşıblar. Kosovo 8 xalla birinci, Farer Adaları 4 xalla üçüncü, Malta isə 2 xalla sonuncu yerdədir. Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb – 1:1. Komandamız oktyabrın 11-də səfərdə Farer Adaları yığmasının qapısından üç cavabsız top keçirib. Millimiz növbəti oyununu noyabrın 17-də Bakıda Farer Adaları yığmasına qarşı keçirəcək.