Yəməndə avtobusa raket zərbəsi endirilib, 15 nəfər ölüb

14 Oktyabr 2018 20:20 (UTC+04:00)

Yəmənin Hodeyda əyalətində içərisində mülki vətəndaşların olduğu mikroavtobusa endirilən raket zərbəsi nəticəsində azı 15 nəfər ölüb, 20 nəfər yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Koordinasiya İdarəsi məlumat yayıb. Bundan əvvəl Yəmən üsyançıları Səudiyyə Ərəbistanına məxsus tankı vurublar.