Məşhur azərbaycanlı cütlüyün toy tarixi bəlli oldu FOTO

14 Oktyabr 2018 13:41 (UTC+04:00)
ATV kanalında yayımlanan "Vicdan haqqı" serialında tanış olan Murad İsmayılla Ülviyyə Xəlilbəylinin toy tarixi məlum olub. SİA-nın məlumatına görə, məşhur cütlük efirdə verilişlərin birinin qonağı olub. Hazırda efirdə yayımlanan "Uçurum" serialında tərəf müqabili olan nişanlı məşhurlar verilişdə bildirib ki, toyları noyabrın 26-a təsadüf edəcək. Xatırladaq ki, iki ilə yaxın sevgili olan Murad İsmayılla Ülviyyə Xəlilbəylinin rəsmi nikah mərasimi avqust ayında baş tutub.