Suriyada 105 İŞİD terrorçusu öldürüb

14 Oktyabr 2018 11:45 (UTC+04:00)
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin aviasiyası şənbə günü Fərat çayının şərq sahilində yerləşən Hacin şəhərində İŞİD terror qruplaşmasının dayaq məntəqəsinə hava zərbəsi endirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hava zərbələri nəticəsində 105 terrorçu məhv edilib. Bundan əvvəl İŞİD terror qruplaşması üzvlərinin Hacin şəhərinə hücum edərək 130 ailəni girov götürdükləri xəbər verilib.