Yunanıstanda tətilə görə mədəniyyət ocaqları bağlanıb

14 Oktyabr 2018 00:41 (UTC+04:00)

Yunanıstanda mədəniyyət işçilərinin həmkarlar təşkilatının keçirdiyi tətil Afinada arxeoloji muzeylərin, Akropol muzeyinin, digər mədəniyyət ocaqlarının bağlanması ilə nəticələnib. Həmkarlar təşkilatı Yunanıstan hökumətinin beynəlxalq yardım müqabilində milli irsə aid olan binaların, muzeylərin özəlləşdirmə fonduna keçməsinin qarşısını ala bilməməsinə etiraz edir. Yunanıstanın Mədəniyyət Nazirliyi isə bu etirazın əsassız olduğunu qeyd edir.(AZƏRTAC)