Aleksey Qay Donetsk klubunda

14 Oktyabr 2018 04:06 (UTC+04:00)

Qəbələ"nin sabiq futbolçusu Aleksey Qayın yeni klubu məlum olub. 35 yaşlı yarımmüdafiəçi vətəni Ukraynaya qayıdıb. O, Ukrayna Premyer Liqasında çıxış edən Donetsk "Olimpik"i ilə mövsümün sonuna kimi müqavilə bağlayıb.

Qeyd edək ki, Qay 2015/16-cı illərdə "Qəbələ"də çıxış edib. Ukrayna millisinin sabiq üzvünün son klubu Rusiyanın birinci divizion təmsilçisi "Kuban" olub.