Ermənistanda anarxiya hökm sürür

12 Oktyabr 2018 17:49 (UTC+04:00)

Hakimiyyətin küçədəcə xalqın ixtiyarına buraxılması anarxiya resseptidir

Amerikanın “Washington Times” nəşri ABŞ-ın Bəhreyndəki keçmiş səfiri, Dövlət Departamentinin eks spikeri Adam Erelinin “Ermənistanda anarxiya” adlı məqaləsini dərc edib. Erelinin məqaləsi Ermənistanda qıcıq doğurub və hətta bu məqalə barəsində bir çox erməni saytlarında da bəhs olunur.

Məqalə müəllifi Ermənistanda cərəyan edən hadisələri hökm sürən anarxiya kimi dəyərləndirir və qeyd edir ki, həmin ölkə hakimiyyətin olmaması səbəbindən qanunsuzluq və ya siyasi iğtişaş halındadir. Müəllifin fikrincə Ermənistanın institusional parçalanmasının nəticələri yaxşı heç nə vəd etmir. O, qeyd edir ki, hazırda baş verənlər Ukraynadakı narıncı inqlabı və Gürcüstanda Mixail Saakaşvilinin hakimiyyətə gəlməsini, getməsini xatırladır.

Əvvəlki parlament seçkilərini qanunsuz hesab dən Nikol Paşinyan özü də eyni sərt taktikadan istifadə edir

Ereli Nikol Paşinyanın 8 may tarixində baş nazir kimi hakimiyyət kürsüsünə gəldiyini yada salır və mərkəzi meydanda çoxlu sayda tərəfdar toplayaraq bununla parlamenti hədələməsini də xüsusilə qeyd edir. Qeyd edir ki, hazırki baş nazir həmin hadisələr zamanı onu baş nazir seçmələri üçün parlamenti kütlənin keçirəcəyi davamlı tətillərlə, mitinqlərlə hədələyirdi.

Məqalədə eks spiker nəzərə çatdırmaq istəyir ki, özü-özünü vəsifəyə elan edən "xalq namizədi" sistemli olaraq Ermənistanın aparıcı təşkilatlarını məhv edir. Bu konteksdə qeyd olunur ki, Paşinyan özünün 100 günlük hakimiyyətinə həsr edilmiş mitinqinə tərəfdarlarını toplayıb və yenə də daxili auditoriyaya hesablanmış pafoslu çıxışlarla yadda qalıb. Baş nazir populist şəkildə kütləyə müraciət edərək Ermənistanda koalisiya hökuməti yoxdur və bütövlükdə hakimiyyətin birbaşa olaraq xalqa məxsus olduğunu bildirməklə yenə də toplaşanlardan istifadəyə niyyətlidir.

Paşinyanın Ermənistan küçələrini dövlət qurumları, ədliyyə sistemi və parlament əleyhinə meydana, platformaya çevirdiyini bildirən müəllif onu da nəzərə çatdırır ki, baş nazir əvvəlki parlament seçkilərini səslərin alınması səbəbi ilə qanunsuz hesab edir. Lakin qınasa belə özü də eyni sərt taktikadan istifadə edir. Küçmiş prezident Robert Koçaryanın həbsini və keçmiş müdafiə naziri Mikael Harutyunyanın tutulması qərarı ilə eyni səhvi edir.

Ermənistanın siyasi səhnəsində pozitiv dəyişikliklər müşahidə olunmur

Ereli yazır ki, Paşinyan vəzifəsini icra etməyə başladıqdan sonra üç ay keçməmiş siyasi rəqiblərinə qarşı çıxdı və bu sadəcə hakimiyyətdən sui-istifadə hesab olunur. Məqalə müəllifi xüsusilə qeyd edir ki, hakimiyyətin küçədəcə xalqın ixtiyarına buraxılması anarxiya resseptidir. Hətta erməni politoloqu Qevorq Arutyunyanın statlarına müraciət edən müəllif qeyd edir ki, ermənilərin öz politoloqları belə inqlabçı Paşinyanın baş nazir Paşinyana çevriləcəyinə inanmırlar. Çünki, hələ də Ermənistanın siyasi səhnəsində pozitiv dəyişikliklər müşahidə olunmayıb.

Göründüyü kimi işğalçı ölkədə qanunun aliliyinə də, demokratiyanın mövcudluğuna da haqlı olaraq inanılmır. Nəinki Ermənistanın öz politoloqları, hətta kənardan müşahidə edənlər belə proseslərin demokratiyaya zidd, qanunun aliliyinə uyğun olmayan şəkildə cərəyan etdiyini gizlətmirlər. İdarəetmənin, hakimiyyətin küçəyə daşınmasını acınacaqlı nəticələri proqnozlaşdırılır. Açıq şəkildə etiraf olunur ki, işğalçı ölkədə anarxiya hökm sürür.