Goranboyda ağır yol qəzası baş verib

12 Oktyabr 2018 15:21 (UTC+04:00)

Goranboyda ağır yol qəzası baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Aşağı Ağcakənd kəndində baş verib.

Qəzada “VAZ 21015” və “NİVA”markalı avtomobillər toqquşub. Nəticədə Zakir Əhmədov hadisə yerində keçinib, daha 5 nəfər isə ölkənin müxtəlif xəstəxanalarına yerləşdirilib. Hazırda faktla bağlı araşdırma aparılır.

İ.Məmmədov