Bolt futbol matçında start heyətdə meydana çıxacaq

12 Oktyabr 2018 15:06 (UTC+04:00)

Yüngül atletika üzrə 8 dəfə olimpiya çempionu Useyn Bolt Avstraliyanın "Sentral Kost Marineərs" komandasının tərkibində "Makartur Saut Vest Yunayted" klubuna qarşı keçiriləcək matçın start heyətində yer alıb. SİA-nın məlumatına görə, "Sentral Kost Mariners" hazırda Avstraliyanın A liqasında yarışır. Qarşıdakı oyun yeni mövsümə hazırlıq məqsədi daşıyır. Bolt 95 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Useyn Bolt bu yay sözügedən klubun heyətinə qatılmaqla futbolçu karyerasına başlayıb.