Milli Məclisin növbəti iclası keçirilir gündəlikdə 54 məsələ var

12 Oktyabr 2018 12:00 (UTC+04:00)

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası öz işinə başlayıb. SİA-nın xəbərinə görə, bu günkü iclasın gündəliyinə 54 məsələ daxildir.

Deputatlar bu gün "Normativ hüquqi aktlar haqqında", "Kiçik sahibkarlığa dövlət köməyi haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında", "Rəsmi statistika haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında", "Hərbi xidmətkeçmə haqqında Əsasnamə", "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə", "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında", "Torpaq bazarı haqqında", "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında", "Dövlət rüsumu haqqında", "Baytarlıq haqqında", "Fitosanitar nəzarəti haqqında", "Yeyinti məhsulları haqqında", "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "Təhsil haqqında", "Tütün və tütün məmulatı haqqında", "Televiziya və radio yayımı haqqında", "İctimai televiziya və radio yayımı haqqında", "Teatr və teatr fəaliyyəti haqqında", "İpoteka haqqında", "Lotereyalar haqqında", "İnzibati icraat haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" və s. qanunlara, o cümlədən Cəzaların İcrası, Cinayət, İnzibati Xətalar, Mülki, Mülki Prosessual, Vergi, Gömrük məcəllələrinə dəyişiklik layihələrini müzakirə edəcəklər baxılacaq. Dəyişikliklərin əksəriyyəti texniki və uyğunlaşdırma xarakterlidir.

İclasda həmçinin yeni hazırlanan "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsi də müzakirə olunacaq.