Futbol üzrə UEFA Millətlər Liqasında qrup mərhələsinin 3-cü turunun oyunlarına start verilib. D liqasının 3-cü qrupunda yer alan millimiz də növbəti görüşünü keçirib. Qurban Qurbanovun komandası səfərdə Farer adaları yığmasının qonağı olub və 3:0 hesabı ilə qalib gəlib. Bu, millimizin turnirdəki ilk qalibiyyəti olub. Qələbə ilə xalını 5-ə çatdıran yığmamız turnir cədvəlində ikinci pilləyə yüksəlib.
Digər görüşdə Kosovo Maltaya 3:1 hesabı ilə qalib gələrək liderliyini qoruyub. Qeyd edək ki, komandamız növbəti turda Malta ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək oyun oktyabrın 14-də saat 20:00-da başlayacaq.
UEFA Millətlər Liqası
D liqası, 3-cü qrup, II tur
11 oktyabr
22:45. Farer adaları – Azərbaycan - 0:3
Qollar: Riçard Almeyda 28, Dmitri Nazarov, 68, Riçard Almeyda, 86-pen
AHakimlər: Aleksey Yeskov, Dmitri Mosyakin, Anton Averianov, Valeri Dançenko (Rusiya)
Torşavn, “Torsvullur” stadionu
22:45. Kosovo - Malta - 3:1
Qollar: Kololi, 30 (1:0), Aqius, 51 (1:1), Muriqi, 68 (2:1), Kololi, 81 (3:1)
1. |
Kosovo |
3 |
2 |
1 |
0 |
5:1 |
7 |
2. |
Azərbaycan |
3 |
1 |
2 |
0 |
4:1 |
5 |
3. |
Farer adaları |
3 |
1 |
0 |
2 |
3:6 |
3 |
4. |
Malta |
3 |
0 |
1 |
2 |
3:7 |
1 |