Bu ölkədə torpaq sürüşməsi 11 nəfərin həyatına son qoydu

12 Oktyabr 2018 07:06 (UTC+04:00)

Kolumbiyada torpaq sürüşməsi nəticəsində azı 11 nəfər ölüb. “RİA Novosti” xəbər verir ki, hadisə Kaldas departamentindəki Marketaliya şəhərində qeydə alınıb.

Şəhərin meri Luis Betankur bildirib ki, ölənlər arasında 4 azyaşlı da var. Bölgədə leysan yağışlarının səbəb olduğu sürüşmə zamanı 28 nəfər xilas edilib, daha 10 nəfər də itkin düşüb.