Belçikada aviabazada partlayış olub

12 Oktyabr 2018 02:02 (UTC+04:00)

Belçikadakı Floren aviabazasında partlayış baş verib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Belçika Müdafiə Nazirliyi məlumat yayıb. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb, bir “F-16” qırıcı təyyarəsi tamamilə yararsız hala düşüb.