Türkiyənin Mosul və Bəsrədəki konsulluqları yenidən açılır

11 Oktyabr 2018 19:34 (UTC+04:00)

"İraqın Bəsrə və Mosul şəhərlərindəki konsulluqlarımız yenidən fəaliyyətə başlayır". “Anadolu” agentliyi xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. “Bir müddət əvvəl təhlükəsizlik səbəbindən İraqın Bəsrə və Mosul şəhərlərindəki konsulluqlarımızı bağlamışdıq”, - o vurğulayıb.