"Monako" Leonardo Jardimi istefaya göndərib

11 Oktyabr 2018 20:16 (UTC+04:00)

"Monako" baş məşqçisi Leonardo Jardimi istefaya göndərib. Bu barədə klubun rəsmi saytı xəbər yayıb. Yeni baş məşqçi vəzifəsinə isə əsas namizədlərin Tyerri Anri və Klaudio Ranyeri olduğu iddia olunur.

Qeyd edək ki, "Monako" hazırda 6 xalla 18-ci pillədə qərarlaşır. Bu isə klubun tarixində ən uğursuz startdır.