Dünyanın ən uzun hava yolu açıldı

11 Oktyabr 2018 17:28 (UTC+04:00)

Sinqapur Hava Yolları bu gündən etibarən Sinqapur - Nyu-York reysinə müntəzəm uçuşların həyata keçirilməsinə başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, təyyarə havada 18 saat 45 dəqiqə qalacaq ki, bu da hazırda dünyada ən uzun kommersiya xəttidir. Belə ki, təyyarə 16700 kilometr qət edəcək ki, bu da ekvatorun yarıdan azını təşkil edir

Qeyd edək ki, bundan əvvəlki rekord Oakland-Doha xəttinə məxsus idi. Belə ki, bu xətlə uçuş 17 saat 40 dəqiqə davam edir. Uçuşlar “Qatar Airways” tərəfindən həyata keçirilir.